Nyu Yorkda IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin xüsusi konserti keçirilib

16 noyabr, 2024

Nyu Yorkda IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin xüsusi konserti keçirilib

Nyu Yorkda Linkoln Mərkəzinin Bruno Valter zalında IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin xüsusi konserti keçirilib.

Konserti giriş sözü ilə açan təşkilat komitəsinin rəhbəri Nərgiz Əliyarova Diasporla İş üzrə Dövlət Komitəsinə müsabiqənin keçirilməsində göstərdiyi dəstək üçün təşəkkürünü bildirib.

Münsiflər heyətinin sədri, Juilyar məktəbinin bəstəkarlıq şöbəsinin müdiri, tanınmış bəstəkar Melinda Vaqner çıxış edərək öz fikirlərini bölüşüb.

Konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri, həmçinin xalq mahnıları “Sarı gəlin”, “Ağacda alma”, “Aman, ovçu” və s. səsləndirilib.

Gecədə pianoçu, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqə laureatı, fəlsəfə elmləri doktoru, professor Nərgiz Əliyarova, ABŞ-da yaşayan gənc azərbaycanlı müğənni Aqil Süleymanov və Manhetten Musiqi Məktəbinin Kamera Musiqisi Ansamblı da iştirak edib.

Müsabiqənin keçirilməsində məqsəd oğurlanmış, plagiata məruz qalmış xalq mahnılarımızın Azərbaycan mədəniyyətinə aid olduğunu dünya musiqi ictimaiyyətinə çatdırmaq və onları geniş təbliğ etməkdir. Hər il keçirilən müsabiqəyə Diasporla İş üzrə Dövlət Komitəsi dəstək göstərir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər