Osloda həftəsonu məktəbində növbəti dərs Xocalı soyqırımına həsr edilib

4 mart, 2025

Osloda həftəsonu məktəbində növbəti dərs Xocalı soyqırımına həsr edilib

Norveçin paytaxtı Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbində növbəti dərs Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilib.

Əvvəlcə, Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib, Xocalı soyqırımı qurbanları, eləcə də Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

Sinif otağında məktəbin şagirdlərinin Xocalı soyqırımına həsr edilmiş rəsmləri nümayiş olunub.

Xocalı soyqırımı haqqında şagirdlərə geniş məlumat verilib və soyqırımın dəhşətlərini özündə əks etdirən bukletlər paylanılıb, soyqırımı haqqında yazılmış kitablardan bəhs olunub. İsveçdə yaşayan yazıçımız Eluca Atalının Xocalı soyqırımından bəhs edən "Tiqranizm Xocalıda" adlı kitabı şagirdlərə təqdim edilib.

Dərsin davamında şagirdlər Xocalı soyqırımı haqqında çəkilmiş sənədli filmi və Heydər Əliyev Fondunun hazırladığı videoçarxları izləyiblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər