BMT-nin mənzil-qərargahı yaxınlığında Xocalı soyqırımına həsr olunmuş fotosərgi nümayiş olunub

27 fevral, 2024

BMT-nin mənzil-qərargahı yaxınlığında Xocalı soyqırımına həsr olunmuş fotosərgi nümayiş olunub

Nyu-York şəhərində BMT-nin mənzil-qərargahı yaxınlığında yerləşən “Dag Hammarskjöld Plaza” parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş fotosərgi nümayiş olunub.

Amerika Azərbaycan Təşkilatları Alyansının təşkilatçılığı ilə baş tutan məlumatlandırma aksiyasında soydaşlarımız və qardaş türk icmasının üzvləri iştirak ediblər.

Aksiya çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb və Qarabağda törədilmiş erməni vandalizmini, insanlığa qarşı cinayətləri əks etdirən fotolar nümayiş etdirilib. “Xocalıya ədalət”, “Xocalını unutmadıq”, “63 uşaq öldürülüb, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib” kimi faktlar əks edilmiş posterlər Nyu-York sakinlərinin diqqətini cəlb edib.

https://www.youtube.com/watch?v=3YZDsKAUUdo

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər