Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi Qazaxıstanda qeyd edilib

12 mart, 2024

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi Qazaxıstanda qeyd edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Qarabağ” Etnomədəni Birliyinin təşkilatçılığı ilə Qazaxıstanın Türküstan vilayətində Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi qeyd edilib. Tədbirdə Qazaxıstanın rəsmi şəxsləri, Dövlət Komitəsinin əməkdaşları, digər icmaların nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Novruz bayramı ərəfəsində baş tutan tədbirdə Naxçıvan mətbəxindən nümunələr Azərbaycanın milli adətləri, o cümlədən Naxçıvana məxsus ənənələr nümayiş etdirilib. Tədbirdə qonaq qismində iştirak edən Türküstan vilayəti “Koğamdık Kelisim” (İctimai Müqavilə) dövlət müəssisəsinin sədr müavini Elmira Janqazieva “Qarabağ” Etnomərkəzinin fəaliyyətini yüksək qiymətləndirib.

Qonaqlara Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin salamlarını çatdıran Komitə əməkdaşı Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinin xarici ölkələrdə qeyd olunmasının əhəmiyyətindən, Azərbaycan diasporunun fəaliyyətindən, eləcə də xaricdə yaşayan azərbaycanlıların “Azərbaycançılıq” ideyası ətrafında sıx birləşməsindən danışıb.

Daha sonra Sayram rayonu icra nümayəndəsi və digər icmaların rəhbərləri çıxış ediblər.

Tədbirin bədii hissəsində Qarabağ məktəbinin şagirdlərinin əl işləri, Azərbaycandan dəvət edilmiş musiqiçilərin ifasında Azərbaycan musiqiləri, “Naxçıvan” rəqs ansamblının ifasında milli rəqslərimiz qonaqlar tərəfindən maraqla qarşılanıb..

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər