ICESCO-nun gənc sülh səfirlərinə dair kitabında diaspor fəalı haqqında məlumat dərc olunub

27 iyun, 2024

ICESCO-nun gənc sülh səfirlərinə dair kitabında diaspor fəalı haqqında məlumat dərc olunub

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) "Gənc sülh yaradıcıları fəaliyyətdə: İCESCO-nun gənc sülh səfirləri ilə tanış olun!" başlıqlı kitabında azərbaycanlı gənc haqqında məqalə dərc olunub. 

Kitabda Misirdə Ayn Şəms Universitetinin Tibb fakültəsində təhsil alan azərbaycanlı Sandi Salemin təhsili və fəaliyyəti haqqında geniş məlumat verilib.

Qeyd edək ki, ICESCO-nun liderlik treninqi proqramı çərçivəsində 68 ölkədən 100 gənc sülh elçisi arasında Misirdə yaşayan azərbaycanlı gənc diaspor fəalı Sandi Salem də var.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər