Soydaşımız Qazaxıstanda şəhər məclisinə deputat seçilib
9 aprel, 2025
Qazaxıstanda yaşayan Azərbaycan diasporunun fəal nümayəndəsi Vidadi Fərzəliyev 2025-ci il martın 31-də 8-ci Aktobe şəhər məclisinin deputatı seçilib.
Məlumat üçün qeyd edək ki, Vidadi Fərzəliyev 2 sentyabr 1993-cü ildə anadan olub. Soydaşımız 2012-2024-cü illərdə Aktobedə Azərbaycan diasporunun gənclər təşkilatının sədri, 2023-cü ildən Aktobe şəhər məclisinin ictimai şurasının üzvü, 2024-cü ildən Aktobedəki Azərbaycan diasporu sədrinin birinci müavini olub. Əmək və ictimai fəaliyyətindəki nailiyyətlərinə görə Qazaxıstan dövləti tərəfindən dəfələrlə sertifikat və təşəkkürnamələrlə təltif edilib.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər