Nantda azərbaycanlı uşaqlar Zəfər Gününü qeyd ediblər

16 noyabr, 2026

Nantda azərbaycanlı uşaqlar Zəfər Gününü qeyd ediblər

Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan məktəbində 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir münasibətilə məktəbin sinif otaqları milli ruhu, Vətənə sevgini və şanlı Zəfərimizin qürurunu əks etdirən kompozisiyalarla bəzədilib.

Şagirdlər Vətənə, Qarabağa, qəhrəmanlığa və Zəfərə həsr olunan şeirlər səsləndirib, vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər. Onların çıxışları tədbirə xüsusi bayram ovqatı qatıb.

Tədbirdə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərin tarixi əhəmiyyətindən bəhs olunub. Bu parlaq qələbənin xalqımızın milli birliyinin, iradəsinin və qəhrəmanlığının təcəssümü olduğu vurğulanıb. Qeyd edilib ki, xalqımız və dünya azərbaycanlıları Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda böyük fədakarlıq göstərən qəhrəmanlarımızı heç bir zaman unutmayacaqlar.

Tədbir Fransada böyüyən azərbaycanlı uşaqların doğma dilimizi, tariximizi və mədəniyyətimizi daha yaxından öyrənməsinə, milli-mənəvi dəyərlərimizə bağlı ruhda yetişməsinə töhfə verib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər