Münhendə Azərbaycan xalqının müstəqillik tarixindən danışılıb

3 iyun, 2026

Münhendə Azərbaycan xalqının müstəqillik tarixindən danışılıb

Almaniyanın Münhen şəhərində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin gənclər təşkilatının təşəbbüsü ilə baş tutub.

Tədbirdə Münhen və ətraf bölgələrdə yaşayan soydaşlarımız, tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Səttar Kərimov Azərbaycan xalqının müstəqillik tarixinin şanlı səhifələrindən bəhs edib. Gənclərin diaspor fəaliyyətindəki rolunu xüsusi vurğulayaraq, Münhendə belə bir tədbirin keçirilməsinin  qürurverici oluğunu söyləyib. O həmçinin Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin fəaliyyətinə göstərilən davamlı diqqət və dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin gənclər təşkilatının üzvlərinin Azərbaycanın zəngin mədəniyyəti, musiqisi və tarixinə dair müxtəlif təqdimatları tədbirə xüsusi rəng qatıb.

Azərbaycanda 2026-cı ilin “Memarlıq və Şəhərsalma İli” ilə əlaqədar olaraq, ölkəmizin müasir memarlıq inciləri, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan genişmiqyaslı yenidənqurma, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri vizual materiallarla nümayiş etdirilib. Bu təqdimatlar alman qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir iştirakçıları Azərbaycan milli musiqilərinin və rəqslərinin ahəngdar sədaları altında zəngin mədəni irsimizlə yaxından tanış olublar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər