Moldovada yaşayan həmvətənlərimiz Xankəndi-Bakı ultramarafonunun qalibi ilə görüşüb

15 aprel, 2024

Moldovada yaşayan həmvətənlərimiz Xankəndi-Bakı ultramarafonunun qalibi ilə görüşüb

Moldova Azərbaycanlıları Konqresinin (MAK) Gənclər Hərakətının və MAK Şurasının üzvləri bu il fevralın 29-dan martın 4-dək Azərbaycanda keçirilən ilk tarixi Xankəndi-Bakı ultramarafonunun qalibi Svetlana Şepelevanı hava limanında gül dəstələri ilə qarşılayıblar.  Elə həmin gün Moldava Azərbaycanlıları Konqresinin ofisində  baş tutan görüşdə idmançı marafon təcrübəsini və qələbə təəssüratlarını gənclərlə bölüşüb.

Görüş iştirakçıları idmançıya ən xoş arzularını çatdırıb, qazandığı  uğurunun onlarda sevinc və qürur hissi yaratdığını bildiriblər. Mehriban və səmimi şəraitdə keçən görüşdən sonra S.Şepelova yaşadığı Tiraspol şəhərinə yola salınıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi ilk tarixi Xankəndi-Bakı ultramarafonu İdman həftəsi” və Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilib. Marafonda Meksika, Türkiyə və Moldova təmsilçiləri də daxil olmaqla 64 idmançı iştirak edib. Ümumilikdə idmançılar beş mərhələdə 380 km məsafəni qət ediblər və yarışı martın 4-də paytaxt Bakıda bitiriblər. Finişə çatan 21 nəfər arasında Svetlana Şepeleva (Moldova) qadınlar arasında birinci yerə çıxıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər