Misirdə Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş keçirilib

14 aprel, 2026

Misirdə Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş keçirilib

Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyəti nəzdindəki Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş keçirilib.

Görüşdə cəmiyyətin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov tələbələrə Azərbaycanın tarixi, ədəbiyyatı, zəngin mədəni irsi və müasir inkişafı barədə ətraflı məlumat verib. O, Azərbaycan dilinə artan maraq nəticəsində kurslara 200-dən çox müraciətin daxil olduğunu deyib. Bu müraciətlər əsasında 45 nəfərlik yeni qrupların açıldığını bildirən tədqiqatçı-alim, tələbələr arasında yalnız misirlilərin deyil, müxtəlif ölkələrin vətəndaşlarının da yer aldığını vurğulayıb.

Kurslarda Azərbaycan dilini tədris edən İnarə Osmanova tələbələrə dilimizin əhəmiyyəti və ərəb dili ilə oxşar xüsusiyyətləri barədə məlumat verib.

Xatırladaq ki, ki, hazırda cəmiyyətin nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər