Meyn ictimaiyyəti Azərbaycanın Müstəqillik Günü münasibətilə bir araya gəlib

30 may, 2023

ABŞ-ın Portlənd şəhərində 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Meyn ictimaiyyəti Azərbaycanın Müstəqillik Günü münasibətilə bir araya gəlib

Meyn-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının, yerli ictimaiyyətin və digər xalqların nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə cəmiyyətin sədri Tərlan Əhmədov çıxış edərək, soydaşlarımızı bayram münasibətilə təbrik edib. 105 il öncə ölkəmizin tarixində baş vermiş mühüm hadisə ilə bağlı ətraflı məlumat verən cəmiyyət sədri nəzərə çatdırıb ki, türk və müsəlman dünyasında ilk dünyəvi demokratik və parlament respublikası Azərbaycanda elan olunub və 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. 

Tədbir çərçivəsində azərbaycanlı yazıçı Rövşən Abdullaoğlunun “Relslər üzərinə uzanmış adam” kitabının təqdimatı olub. Azərbaycanın müstəqillik tarixindən danışan yazıçı ədəbiyyatımızın görkəmli nümayəndələrinin xalqımızın milli və dövlətçilik düşüncəsinin təşəkkülündə mühüm roluna diqqəti cəlb edib. 

Qeyd edək ki, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlunun “Relslər üzərinə uzanmış adam” kitabı ABŞ-ın “Readers Favorite” beynəlxalq ədəbi qurumunun təşkilatçılığı ilə keçirilən, ən böyük mükafat fondlarından birinə sahib beynəlxalq ədəbi müsabiqədə qızıl medal qazanıb. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər