Marneulidə “1+4” proqramı üzrə sınaq imtahanı keçirilib

30 aprel, 2026

Marneulidə “1+4” proqramı üzrə sınaq imtahanı keçirilib

Gürcüstanın Marneulidə şəhərində fəaliyyət göstərən “UĞUR” Təhsil Mərkəzinin təşəbbüsü və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilati dəstəyi ilə “1+4” proqramı çərçivəsində sınaq imtahanı təşkil olunub.

"Azərbaycan Evi"ndə keçirilən imtahanda şəhər və ətraf kəndlərdən 100-dən çox abituriyent iştirak edib.

Sınaq imtahanı abituriyentlərin bilik səviyyəsini yoxlamaqla yanaşı, onlarda auditoriya vərdişlərini formalaşdırmaq, imtahan həyəcanını və tələskənlik kimi mənfi amilləri minimuma endirmək məqsədini daşıyıb. Bu cür imtahanlar gənclərin psixoloji hazırlığının artırılmasına və real imtahan mühitinə daha yaxşı uyğunlaşmasına mühüm töhfə verir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər