Manisada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

10 yanvar, 2025

Manisada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Türkiyənin Manisa şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Manisa Böyükşəhər Bələdiyyəsi və Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə həmin şəhərdə fəaliyyət göstərən dövlət və özəl qurumların təmsilçiləri, həmçinin müxtəlif dərnək və partiya üzvləri qonaq qismində iştirak edib.

Tədbir dekabrın 25-də təyyarə qəzasında həyatını itirənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül rəhbərlik etdiyi təşkilatın 21 ildir fəaliyyət göstərdiyini bildirib. O, 2021-ci ildən etibarən həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verib.

Tədbirdə “Buta Baku Music Group”la yanaşı, Bakıdan getmiş tarzən Məhbub Şüküroğlu Məmmədovun, “Dance of Epics” rəqs qrupunun və “Perde Performing Arts Club”un çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. İştirakçılar arasında əyləncəli, uduşlu oyunlar keçirilib və hədiyyələr paylanılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər