Kislovodskda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
9 yanvar, 2025Rusiya Federasiyasının Stavropol vilayətinin Kislovodsk şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib.
Kislovodsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkil etdiyi tədbir şəhərin Millətlər Evində baş tutub.
Öncə “Xarı bülbüllər” ansamblının canlı ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.
AMMM-in sədri Asif Musayev çıxışında soydaşlarımızı hər iki bayram münasibəti ilə təbrik edib. Daha sonra Muxtariyyətin nəzdində yeni yaradılan Qadınlar Şurasının sədri Kəmalə Əliyeva və sədr müavini Ülkər Hüseynova öz təbriklərini və ürək sözlərini çatdırıblar.
Tədbirin sonunda təşkilatın fəallarına hədiyyələr təqdim olunub.
Foto qalereya
Digər xəbərlər