“Macarıstanda iş imkanları” təlimi keçirilib

19 mart, 2025

“Macarıstanda iş imkanları” təlimi keçirilib

Macarıstanın Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evində həmvətənlərimiz üçün "Macarıstanda iş imkanları" mövzusunda təlim keçirilib.

“Citibank” insan resursları tərəfdaşı Yusif Ağayev təlim iştirakçılarına Macarıstanın əmək bazarı, iş axtarma prosesindəki çətinliklər və onlardan necə uğurla keçmək haqqında ətraflı məlumat verib.

Təlimdə, həmçinin müsahibəyə hazırlıq prosesinin vacibliyi və düzgün CV tərtibinin incəlikləri də müzakirə olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər