Macarıstan Azərbaycan Evində xeyriyyə yarmarkası keçirilib
10 iyun, 2026
Macarıstanın paytaxtı Budapeştdə yerləşən Azərbaycan Evində Qurban Bayramı və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan xeyriyyə yarmarkası təşkil edilib.
Macarıstandakı çoxsaylı soydaşımızın qatıldığı yarmarka milli-mənəvi dəyərlərin təbliği, xeyriyyəçilik ənənələrinin təşviqi məqsədi daşıyıb.
Bayram yarmarkasında milli mətbəximizin müxtəlif nümunələrinin satışı təşkil edilib və satışdan əldə edilən gəlirin müəyyən hissəsi xeyriyyə məqsədilə ehtiyacı olan ailələrə dəstək olaraq ayrılıb.
Məlumat üçün bildirək ki, hazırda dünyanın 21 ölkəsində 33 Azərbaycan Evi fəaliyyət göstərir. Bunlardan biri də 2019-cu il dekabrın 27-də açılan Macarıstan Azərbaycan Evidir.
Foto qalereya
Digər xəbərlər
