Londonun nüfuzlu təhsil ocağında Xocalı soyqırımı qurbanları anılıb
28 fevral, 2025.png)
Londonun nüfuzlu Guildhall Musiqi və Dram Məktəbində (Guildhall School of Music and Drama) Xocalı soyqırımının qurbanları anılıb.
Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, London Nəqliyyat Muzeyinin Artisti (London Transport Museum Artist), hazırda Guildhall Musiqi və Dram Məktəbində “Artist Diploma” təhsili alan, Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı Vüsalə Babayeva və Əməkdar artist, Prezident təqaüdçüsü, tanınmış skripkaçı, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Sevda Məmmədlinin “Memories”(“Xatirələr”) bəstəsini səsləndiriblər.
Xocalı faciəsinin ağrısını, xalqımızın yaddaşında silinməz iz buraxan hadisələri musiqinin dili ilə dünyaya çatdıran bu ifa dinləyənlərə təsirli anlar yaşadıb.
Foto qalereya
Digər xəbərlər