Barselona Azərbaycan Evində Xocalı soyqırımı qurbanları anılıb

28 fevral, 2025

Barselona Azərbaycan Evində Xocalı soyqırımı qurbanları anılıb

İspaniya Krallığının Barselona şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri Kərim Kərimovun təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Açılış nitqi ilə çıxış edən Barselonada yaşayan soydaşımız, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin üzvü Çiçək Zalova Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.

Barselonada yaşayan həmyerlimiz, cəmiyyətin üzvü Nailə Adilqızı xalqımızın yaşadığı ağır günlərdən danışıb. Sözləri özünə məxsus olan qələbə ruhlu “Ulu Dövlət” musiqisindən bəhs edib.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı videoçarxlar və “Ulu Dövlət” adlı videoklip nümayiş olunub.

İspaniyada yaşayan azərbaycanlı gənc bəstəkar, pianoçu Sara Amirian Dilrubanın  Xocalıya həsr olunmuş və böyük Simfonik Orkestr üçün bəstələdiyi “Fəryad” əsəri, Azərbaycan Televiziyasının Xocalı haqqında qısametrajlı filmi təqdim edilib. Pianinoda Fikrət Əmirovun “Elegiya” əsəri ifa olunub.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər