Litvanın Azərbaycanlı Gənclər Təşkilatı beynəlxalq ictimaiyyətə öz narahatlığını çatdırıb

8 dekabr, 2023

Litvanın Azərbaycanlı Gənclər Təşkilatı beynəlxalq ictimaiyyətə öz narahatlığını çatdırıb

Avropa İttifaqının üzvü olan Litvada yaşayan Azərbaycan gəncləri ölkəmizin ədalətli mövqeyinin və maraqlarının müdafiə olunması məqsədilə beynəlxalq ictimayyətə müraciət edib. 

Litvanın Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) adından Avropa Parlamenti üzvlərinə, AŞPA üzv-dövlətlərinin xarici işlər nazirlərinə və parlamentarlarına ünvanlanan müraciətdə ATƏT Nazirlər Şurasında bu yaxınlarda verilən bəyanat pislənilib.

Ermənistandan zorla qovulmuş azərbaycanlı qaçqınların ATƏT-in Nazirlər Şurasının “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən onların qayıtmaq hüququ” vurğusundan və Avropa İttifaqının (Aİ) etnik və dini narrativlərə yönəlmiş yanaşmasından kənarda qalması sərt tənqid olunub. Bu və digər qəbuledilməz məqamların AYOL-da narahatlıq doğurduğu vurğulanıb. 

Aİ-nin ermənilərin Qarabağdan köçməsi prosesində Azərbaycanın iştirak etmədiyinə məhəl qoymaması, Ermənistan tərəfindən 30 il ərzində Azərbaycana qarşı törədilmiş qəsbkar, barbar siyasətə göz yumulması və sair faktlar ölkəmizə qarşı qərəz, seçmə yanaşma və ikili standartın aşkar təzahürü kimi qiymətləndirilib.

AYOL beynəlxalq ictimaiyyəti, xüsusilə də Aİ və ATƏT-i öz vasitəçilik missiyasında qərəzsiz olmağa, Azərbaycanla bağlı ədalətli mövqe tutmağa, regionda dayanıqlı sülhün bərqərar olması prosesinə töhfələr verməyə çağırıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər