Litva hökuməti soydaşımızı mükafatlandırıb

10 iyun, 2026

Litva hökuməti soydaşımızı mükafatlandırıb

Litva Respublikasının Klaypeda şəhərində fəaliyyət göstərən “Azəris” Azərbaycan icmasının üzvü Rəna Məmmədova Litva Milli İcmalar Günü münasibətilə mükafatlandırılıb. Soydaşımız Litvada müxtəlif milli icmaların inkişafına verdiyi töhfələrə görə III dərəcəli “Xidmətlərə görə” Gümüş Fəxri Medalı ilə təltif edilib.

Mükafatlandırma mərasimi Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar Departamenti tərəfindən Vilnüsdəki Müqəddəs Yekaterina kilsəsində keçirilib. Tədbirdə Litvadakı müxtəlif milli icmaların nümayəndələri iştirak ediblər. Bildirilib ki, diaspor fəalı Rəna Məmmədova bu mükafata Litvadakı milli icmaların mədəniyyətinin qorunması, milli kimliyin yaşadılması və cəmiyyətdə ayrı-seçkiliyə qarşı təşviq sahəsində göstərdiyi xüsusi xidmətlərə görə layiq görülüb.

Qeyd edək ki, Rəna Məmmədova həm də “Azəris” təşkilatının nəzdindəki Klaypeda həftəsonu Azərbaycan məktəbində Azərbaycan dili müəllimidir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər