Küveyt mediasında 28 May – Azərbaycanın Müstəqillik Günündən bəhs edilib

8 iyun, 2023

Küveyt mediasında 28 May – Azərbaycanın Müstəqillik Günündən bəhs edilib

Küveytin https://bobiannews.net saytında 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş məqalə yayımlanıb.

Küveyt Dillər Universitetinin tələbəsi Varis Qaçayevin qələmə aldığı məqalədə bildirilib ki, 105 il öncə – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsi ölkəmizin, xalqımızın həyatına böyük tarixi və parlaq hadisə kimi daxil olub. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə apardığı, XX əsrin əvvəllərində – dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan etdiyi vurğulanıb.

AXC-nin yaranmasına gətirib çıxaran ictimai-siyasi proseslərə diqqəti cəlb edən müəllif Şərqdə yaradılmış ilk dünyəvi, demokratık respublikanın tarixi, 23 aylıq fəaliyyəti, həyata keçirdiyi islahatlar, əldə etdiyi nailiyyətlər və süqutunu səbəbləri barədə ətraflı məlumat verib. Cümhuriyyətin xalqımızın milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdiyini nəzərə çatdırıb.  

AXC-nin qəbul etdiyi Azərbaycan bayrağının 70 ildən sonra ilk dəfə ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıldığı vurğulanıb. İndiki müasir Azərbaycan dövlətinin AXC-nin varisi olduğu, müstəqilliyimizin bərqərar olmasından sonra torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyi, mürəkkəb şəraitdə xalqın israrlı təkidi ilə hakimiyyətə gələn Heydər Əliyevin dövlətimizi xilas etdiyi, onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 2020-ci ilin payızında torpaqlarımızın erməni işğalından qurtulduğu kimi faktlar yada salınıb: “Bu gün 28 May – Müstəqillik Gününün bayram edilməsi dövlətimizin və xalqımızın öz tarixini unutmadığını və dövlətçilik ənənələrini yaşatdığını təsdiqləyir”.

Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:

https://bobiannews.net/%d9%8a%d9%88%d9%85-%d8%a7%d9%84%d8%a7%d8%b3%d8%aa%d9%82%d9%84%d8%a7%d9%84-28-%d9%85%d8%a7%d9%8a%d9%88-28-%d9%85%d8%a7%d9%8a%d9%88-%d8%8c-%d9%8a%d9%88%d9%85-%d8%a7%d9%84%d8%a7%d8%b3%d8%aa%d9%82%d9%84/ 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər