Krivoy Roqdakı soydaşlarımız 15 İyun – Milli Qurtuluş Gününü qeyd edib
17 iyun, 2026
Ukraynanın Krivoy Roq şəhərində fəaliyyət göstərən “Azərbaycan Diasporu” təşkilatının təşəbbüsü ilə 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub.
Soydaşlarımız əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Təşkilatın Ağsaqqallar Şurasının sədri Yusif Nuriyev Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının tarixi əhəmiyyəti və Azərbaycan dövlətçiliyinin qorunmasında oynadığı mühüm rol barədə ətraflı məlumat verib.
Təşkilatın sədri Kəmaləddin Ağayev görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışının ölkəni xaosdan, anarxiyadan və parçalanma təhlükəsindən xilas edərək sabitlik və inkişafın əsasını qoyduğunu bildirib.
Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunan sənədli film nümayiş etdirilib.
Digər xəbərlər
