Krakovda soydaşlarımız üçün seminar keçirilib
5 iyun, 2026
Polşanın Krakov şəhərində yerləşən Azərbaycan Evində soydaşlarımız üçün işə qəbul və karyera inkişafına həsr olunan seminar keçirilib.
“Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası və Azərbaycan Evinin birgə təşkilatçılığı ilə keçirilən seminar müasir əmək bazarının tələbləri, iş axtarışı strategiyaları və peşəkar inkişaf imkanları mövzularına həsr olunub.
CV və motivasiya məktubunun düzgün hazırlanması, iş müsahibəsində özünü effektiv təqdim etmə bacarıqları, işəgötürənlərin namizədlərdən gözləntiləri, “LinkedIn”də uğurlu profil yaratmaq və beynəlxalq şirkətlərdə iş imkanları ilə bağlı praktiki bilgilər verilib.
İştirakçılar HR mütəxəssisləri ilə birbaşa ünsiyyət quraraq onların peşəkar tövsiyələrini dinləyib və şəxsi suallarına cavab alıblar. Komanda işi, liderlik bacarıqları, zamanın səmərəli idarə olunması və peşəkar şəbəkələşmə mövzularında da faydalı məsləhətlər əldə ediblər.
Seminarda əmək hüquqları və işçilərin qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələri barədə də məlumat verilib. Qeyd olunub ki, əmək münasibətləri sahəsində hüquqi maarifləndirmənin artırılması işçilərin hüquqlarının qorunmasında, təhlükəsiz və ədalətli əmək mühitinin formalaşmasında əhəmiyyətli rol oynayır.
Gənc soydaşlarımız seminarın onların gələcək karyera inkişafına və əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına töhfə verəcəyini bildiriblər.
Foto qalereya
Digər xəbərlər
