Komitə sədri Belçikada diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb

5 iyun, 2025

Komitə sədri Belçikada diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqovla birgə Belçikadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb.

Azərbaycanın Belçikadakı Səfirliyində baş tutan görüşə "Fireland” Azərbaycanlılar Birliyinin rəhbəri İlahə Tağıyeva,  BAF-Belçika Azərbaycanlıları Federasiyasının vitse-prezidenti Anar Malik, “MADANİ - Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” təşkilatının rəhbəri Emin Əliyev, “Radio Octo” Radio kanalının təsisçisi Rüfət Abbasov, “BUTAM” Azərbaycan Mədəniyyət Assosiasiyasının həmtəsisçisi Yasəmən Abbasi, İrs-Azərbaycan Belçika Tələbə Assosiasiyasının həmsədri Aysu Əhməd, komitə və səfirliyin əməkdaşları qatılıb.

Görüşdə xaricdə yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsi, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılmasının əhəmiyyəti vurğulanıb.  Görüləcək işlər, qarşıda duran hədəflər,  həyata keçiriləcək layihələr və gələcəyə dair perspektiv  planlar ətrafında geniş fikir mübadiləsi  aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər