Komitə sədri Balidə yaşayan diaspor fəalı ilə görüşüb
29 sentyabr, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İndoneziyanın Bali adasında yaşayan diaspor fəalı Cümşüd Teymurovla görüşüb.
Qonağı salamlayan komitə sədri xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Soydaşlarımızın azərbaycançılıq ideyalarına, milli dəyərlərə bağlılığını yüksək qiymətləndirərək, diaspor fəallarının yaşadıqları ölkələrdə həyata keçirdikləri təşəbbüslərin Azərbaycanın tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Cümşüd Teymurov İndoneziyada yaşayan azərbaycanlıların təşkilatlanması, ölkəmizin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərinin təbliği istiqamətində görülən işlər barədə məlumat verib.
Görüş zamanı Azərbaycan diasporunun Cənub-Şərqi Asiya regionunda fəaliyyətinin genişləndirilməsi, soydaşlarımız arasında əlaqələrin gücləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildirək ki, soydaşımız Balidə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun təsis etdiyi “Land of Fire Cultural Center in Indonesia” adlı təşkilat 2026-cı ilin sentyabr ayında rəsmi qeydiyyata alınmaq üçün müraciət edib. Qeydiyyat prosesi başa çatdıqdan sonra bu təşkilat Cənub-Şərqi Asiya regionunda fəaliyyət göstərən ilk və yeganə Azərbaycan diaspor təşkilatı olacaq.
Digər xəbərlər
