Kölndə Zəfər Gününə həsr olunan konsert təşkil olunub

18 noyabr, 2026

Kölndə Zəfər Gününə həsr olunan konsert təşkil olunub

Almaniyanın Köln şəhərində 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünə həsr olunan konsert keçirilib.

Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Mugam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Almaniyanın Düsseldorf, Frankfurt, Essen, Koblenz və digər şəhərlərindən ümumilikdə 200-ə yaxın tamaşaçı iştirak edib.

Proqramın açılışı Azərbaycan və Almaniya musiqiçilərini bir araya gətirən ansamblın ifası ilə başlayıb. İfaçılar Azərbaycan xalq musiqisinin nümunələrini yüksək ustalıqla səsləndiriblər. Ansamblda hər iki xalqın nümayəndələrinin təmsil olunması, alman musiqiçilərin milli musiqilərimizi xüsusi həssaslıqla ifa etməsi dinləyicilərin böyük marağına səbəb olub. Çıxışlar müxtəlif xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsində musiqinin birləşdirici rolunu bir daha nümayiş etdirib.

Proqram Aynur Kronauerin rəhbərlik etdiyi türk xorunun ifaları ilə davam edib. Tədbirin ən yaddaqalan məqamlarından biri isə uşaqların xorun müşayiəti ilə Emin Sabitoğlunun məşhur “Can Azərbaycan” mahnısını ifa etməsi olub.

Konsert həm Zəfər Gününün qürur və sevincini bir araya gətirib, həm də milli musiqimizin zənginliyini nümayiş etdirməklə Azərbaycan mədəniyyətinin Almaniyada təbliğinə töhfə verib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər