Kölndə Azərbaycana həsr olunmuş fotosərgi nümayiş etdirilib

10 aprel, 2025

Kölndə Azərbaycana həsr olunmuş fotosərgi nümayiş etdirilib

Almaniyanın Köln şəhərində “Discovery Art Fair” incəsənət yarmarkasının 10 illiyi münasibətilə fotosərgi təşkil edilib.

Sərgidə ölkəmiz Almaniyada yaşayan rəngkar Fərid İsmayılovun rəhbərlik etdiyi “Gallery Ismayılov” stendi ilə təmsil olunub. Orada Azərbaycan rəngkarların və heykəltəraşlarının yaradıcı işləri, eləcə də ölkəmizin əsrarəngiz təbiətini, tarixi, mədəni irsini və adət-ənənələrini əks etdirən fotoşəkillər sərgilənib.

Yüksək keyfiyyətli sənət əsərlərinin təqdim olunduğu bu platforma ziyarətçilərin böyük marağına səbəb olub.

Qeyd edək ki, hər il Köln və Frankfurt şəhərlərində keçirilən incəsənət yarmarkasında Azərbaycan təmsil olunur.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər