İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
14 may, 2025
İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib. Onlayn baş tutan iclasda İspaniya AKŞ-nin Portuqaliya üzrə koordinatoru Milana Seyidzadə, İspaniya AKŞ-nin Barselona üzrə sabiq koordinatoru, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri, Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov, İspaniya AKŞ-nin Madrid üzrə yeni seçilmiş koordinatoru, Pənahəli xanın İspaniyada yaşayan varisi Məhəmmədəli Əkbərov, Portuqaliyada yaşayan fəal soydaşımız Aqil Ağakişibəyli və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
İclas zamanı komitənin yeni təşəbbüsləri, gənclər üçün nəzərdə tutulan proqramlar, 1+1 layihəsi, eləcə də Diaspor Gənclərinin VI Yay Düşərgəsi ilə bağlı geniş məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. Koordinasiya Şurasının yeni yol xəritəsi, fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb.
Foto qalereya
Digər xəbərlər