Helsinkidə mədəni tədbirdə ölkəmiz uğurla təmsil olunub
14 may, 2025.jpeg)
Finlandiyanın paytaxtı Helsinkidə yerləşən Oodi kitabxanasında Mərkəzi Asiya Klubu “Yulduzin”in təşkil etdiyi mədəni tədbirdə Azərbaycan uğurla təmsil olunub.
Tədbirdə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru Mona Safojifar və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Azərbaycanın xalq rəqsi “Sarı Gəlin” səhnədə canlandırılıb və böyük maraqla qarşılanıb. Finlandiyada yaşayan azərbaycanlı tələbə Leyli Abbaslının təqdimatında ölkəmizin zəngin mədəni irsi barədə ətraflı məlumat verilib.
Buta, kəlağayı, milli geyimlər və xalçaçılıq kimi xalq sənətinə dair nümunələr tədbir iştirakçılarına tanıdılıb. Eyni zamanda, kəlağayı haqqında hazırlanmış xüsusi video nümayiş olunub.
Foto qalereya
Digər xəbərlər