Türkiyə Prezidenti üç azərbaycanlı qadını mükafatlandırıb
14 may, 2025
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 May-Beynəlxalq Analar Günü münasibətilə təşkil edilən tədbirdə üç azərbaycanlı qadını mükafatlandırıb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Qadın Birliyinin təşkil etdiyi tədbir “Ana ilə güclü ailə, ailə ilə güclü Türkiyə” şüarı altında baş tutub.
Toplantıda çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan ailələrin təməlinin ana və qadınlar olduğunu bildirib: “Cənnət anaların ayaqları altındadır. Ona görə də qadınlara şiddətin sıfıra enməsi üçün dövlət və hökumət olaraq əlimizdən gələni edəcəyik”.
Toplantıya dəvət olunan xanımlara Türkiyə Prezidenti adından saat hədiyyə edilib. Onların arasında üç azərbaycanlı xanım – Kırklareli Universitetinin dosenti Gülara Yenisey, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin sədr müavini, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lətafət Rəfiq və jurnalist Aynur İmran da var.
Lətafət Rəfiq tədbirdə Azərbaycan milli geyimlərindən ibarət kolleksiyasını da nümayiş etdirib.
Foto qalereya
Digər xəbərlər