Kanadanın Regina şəhərində Azərbaycan bayrağı qaldırılıb

30 may, 2023

Kanadanın Saskaçevan (Saskatchewan) əyalətinin inzibati mərkəzi olan Regina şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Bayrağının qaldırılma mərasimi keçirilib.

Kanadanın Regina şəhərində Azərbaycan bayrağı qaldırılıb

Saskaçevan Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə “Regina City Hall” mərkəzinin önündə baş tutan mərasimdə şəhər meriyasının, Azərbaycan icmasının və ölkəmizə dost millətlərin nümayəndələri iştirak ediblər. 

Mərasimdə çıxış edən Regina Qanunvericilik Assambleyasının üzvü Aleana Yanq, Kanadanın “First Nation” Universitetnin professoru Arzu Sərdarlı və başqaları 105 il öncə Azərbaycan tarixində baş vermiş əlamətdar tarixi hadisə münasibətilə soydaşlarımızı təbrik ediblər. Azərbaycan icmasının daim həmrəylik, sosial tərəqqi, insan haqları və demokratiyanın yanında olduğu bildirilib, əyalətin mədəni müxtəlifliyinə töhfələr verdiklərinə görə soydaşlarımıza minnətdarlıq ifadə edilib. 

Sonra Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər