Kanadada azərbaycanlı uşaqların hazırladığı film-tamaşa nümayiş olunub

13 fevral, 2025

Kanadada azərbaycanlı uşaqların hazırladığı film-tamaşa nümayiş olunub

Kanadada fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin iştirakı ilə “Sehrli xalat” filminin motivləri əsasında hazırlanmış film-tamaşanın təqdimatı keçirilib. Kanada Azərbaycan Evi və ELTV Media qrupunun təşkilatçılığı ilə səhnələşdirilən tamaşanın ssenari müəllifi məktəbin Azərbaycan dili və dram müəllimi Sevinc Quliyevadır. Filmdə ölkəmizin keçmişinə səyahət olunur, Vətənin gələcək inkişafına verilən töhfələrdən bəhs edilir, eyni zamanda ekoloji problemlərin həlli yolları diqqətə çatdırılır. “Sehrli xalat” film-tamaşası qonaqların marağına səbəb olub və alqışları ilə qarşılanıb.

ADDF-in dəstəyi ilə səhnələşdirilən filmin çəkilişlərinin bir hissəsi (keçmişə səyahət kadrları) Azərbaycan Evində baş tutub.

Qeyd edək ki, “Mənim Azərbaycanım” həftəsonu məktəbi 2023-cü ilin sentyabr ayından Toronto şəhərindəki Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərir. 

Filmi aşağıdakı linkə daxil olaraq izləmək mümkündür:

https://www.youtube.com/watch?v=PEUOHyb3IH8

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər