Kaliforniya ştatındakı icmamız Müstəqillik Günü münasibətilə bir araya gəlib

1 iyun, 2023

Kaliforniya ştatındakı icmamız Müstəqillik Günü münasibətilə bir araya gəlib

ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması 28 May – Müstəqillik Gününü qeyd etmək məqsədilə bir araya gəlib.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin (ACSNC) təşkilatçılığı ilə tədbir açıq havada baş tutub. Tədbirdə çıxış edənlər 105 il öncə Azərbaycanın tarixində baş vermiş mühüm və qürurverici hadisə münasibətilə təbriklərini və ürək sözlərini söyləyiblər. 

Gün ərzində Azərbaycan musiqisi səsləndirilib, milli təamlardan ibarət süfrə qurulub, müxtəlif əyləncəli turnir və oyunlar təşkil edilib. Turnirin qalibinə ACSNC adından sertifikat təqdim olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər