İstanbulda azərbaycanlı rəssamın “Şəhərin yaddaşı” adlı fərdi sərgisi açılıb

6 may, 2026

İstanbulda azərbaycanlı rəssamın “Şəhərin yaddaşı” adlı fərdi sərgisi açılıb

İstanbul şəhərində azərbaycanlı rəssam, Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin Sənət, dizayn və memarlıq fakültəsinin rəngkarlıq bölməsinin müəllimi Elçin Mustafayevin “Şəhərin yaddaşı” adlı fərdi sərgisi keçirilib.

Sərgi Hasan Sarıtaş Qalereyasında təşkil olunub.

Açılış mərasimində Azərbaycanın Əməkdar rəssamları Teymur Rzayev, Yaşar Zeynalov, Azərbaycanın Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov, Əməkdar artist İslam Manafov, eləcə də Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası sədrinin müşaviri Pərviz Məmmədzadə və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

İstanbul gecələrinə həsr olunan sərgi şəhərin yalnız fiziki məkan deyil, həm də kollektiv yaddaşın çoxqatlı daşıyıcısı olması ideyasını ön plana çıxarır. Rəssamın əsərlərində işıq, sadəcə vizual element kimi deyil, yaddaşı ifadə edən əsas vasitə kimi təqdim olunur. Gecə şəhərinin silueti fərdi və ictimai xatirələrin izlərini özündə birləşdirir. Eyni zamanda əsərlərdə yer alan memarlıq elementləri – divarlar, qüllələr və sahil xətti – tarixi davamlılığı simvolizə edir və müasir şəhər mühiti ilə keçmiş arasındakı incə keçidi vurğulayır.

Sərgi mayın 11-dək davam edəcək.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər