İsrail mətbuatı Azərbaycanı ölkəsinin ən sadiq müttəfiqi adlandırıb

8 iyun, 2023

İsrail mətbuatı Azərbaycanı ölkəsinin ən sadiq müttəfiqi adlandırıb

“İsrail dövləti ilə onun ən sadiq müsəlman müttəffiqi Azərbaycan arasında əlaqələrin təşviqi böyük əhəmiyyət kəsb edir.

Tanınmış israilli siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham bu barədə ölkəsinin geniş oxucu kütləsinə malik populyar “İsrael Today” qəzetində dərc olunmuş məqaləsində yazıb.

“İsrail Azərbaycanla əhəmiyyəti artan münasibətlərini gücləndirir” sərlövhəli məqalədə bu yaxınlarda ölkəmizə gerçəkləşdirdiyi rəsmi səfər çərçivəsində Bakıda Heydər Əliyev Mərkəzində İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Prezident İsaak Hersoqdan iqtibas gətirilib: “Azərbaycan və İsrailin bir-birinə yaxınlaşmasının, iki dövlət arasındakı sıx əməkdaşlığın bir çox səbəbi var. İsrail Azərbaycanı, Azərbaycan isə İsraili özünün böyük dostu sayır. İki ölkə arasındakı bu tarixi dostluq böyük geostrateji əhəmiyyətə malikdir”.

Prezident həmçinin bəyan edib ki, həm İsrail, həm də Azərbaycan öz adət-ənənələrini qoruyub saxlamaqla fəxr edən xalqlardır. İsrailin yəhudi dövləti olmasına və Azərbaycanın əhalisinin əsasən müsəlman olmasına baxmayaraq, bu iki ölkənin əməkdaşlıq edə bilməsi böyük əhəmiyyət kəsb edir. İranın İsraili yer üzündən silməyə çalışdığını vurğulayan İsrail Prezidenti belə bir məqamda ölkəsinin Azərbaycan kimi yaxın dosta malik olmasını yüksək dəyərləndirib.

İki ölkənin yüksək rəsmilərinin də qatıldığı tədbirdə diqqətə çatdırılıb ki, İsrail Dövlətinin milli bayramının ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzdə qeyd olunması çox əlamətdar hadisədir, belə ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan-İsrail münasibətləri bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bir çox tanınmış siyasi ekspertlərin fikirlərinin yer aldığı məqalədə qeyd olunub ki, İsaak Hersoqun səfəri heç də təəccüb doğurmur, çünki bu səfər Azərbaycanla İran arasında münasibətlərin ən arzuolunmaz həddə çatdığı bir vaxta təsadüf edir. Azərbaycanın İsraildə səfirliyinin açılması, İsrailin xarici işlər nazirinin, ardınca prezidentinin ölkəmizə səfəri və əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması ikitərəfli münasibətlərin inkişafının yeni mərhələyə adladığının göstəricisidir.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.israeltoday.co.il/read/israel-bolsters-increasingly-important-relations-with-azerbaijan/

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər