İllinoys ştatının Nayls regionunun meri 28 May – Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə yayıb

30 may, 2023

İllinoys ştatının Nayls regionunun meri Corc D Alpoqianis 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb.

İllinoys ştatının Nayls regionunun meri 28 May – Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə yayıb

Bəyannamədə bildirilib ki, 28 may 1918-ci il tarixində Azərbaycan öz müstəqilliyini elan edərək, müsəlman aləmində ilk demokratik və dünyəvi dövlət olub. 

Azərbaycan tarixinin bu əlamətdar hadisəsinin demokratiyaya, müxtəlifliyə və insan hüquqlarına dəyər verən müasir və müstəqil dövlətin inkişafına yol açdığı, Azərbaycan xalqının bu illər ərzində firavan və sabit ölkə qurmaq yolunda böyük nailiyyətlər əldə etdiyi və bu uğurların qeyd edilməyə layiq olduğu vurğulanıb.

Azərbaycan əsilli amerikalıların regional müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfə verərək Nayls icmasının həyatında fəal şəkildə iştirak etdiklərini vurğulayan mer Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) mühüm təşkilat kimi Amerikadakı Azərbaycan icmasının töhfələrinin təbliğ olunmasına xidmət etdiyini bildirib. 

Nəzərə çatdırılıb ki, dünyada 46 milyon nəfəri əhatə edən Azərbaycan xalqı öz əcdadlarının töhfələrini xatırlatmaq məqsədilə 28 May gününü bayram edir: “Azərbaycan Respublikası universal seçki hüququ verən ilk milli dövlətlərdən biri olub və digər demokratik dövlətlər, o cümlədən ABŞ tərəfindən tanınıb. ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı olan Azərbaycan Respublikası öz qurucularının rəhbər prinsiplərini davam etdirərək, insanlıq və demokratiyanın ümumi dəyərlərini təbliğ edir”.

Bəyannamənin sonunda 28 May 2023-cü il tarixini “Azərbaycan Respublikasının Günü” elan edən mer yerli sakinləri Azərbaycan icmasının irsini və töhfələrini öyrənməyə çağırıb. 

Qeyd edək ki, bundan öncə Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzv-təşkilatı olan ACMA-nın təşəbbüsü əsasında İllinoys ştatının qubernatoru Cey Robert Pritsker, Çikaqo meri Brendon Conson Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamələr imzalayıb, Çikaqonun mərkəzində Azərbaycan bayrağı qaldırılıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər