İğdırda "Qarabağ Zəfəri və Xarıbülbül" müsabiqənin mükafatlandırma mərasimi keçirilib

19 noyabr, 2026

İğdırda "Qarabağ Zəfəri və Xarıbülbül" müsabiqənin mükafatlandırma mərasimi keçirilib

Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən liseylər arasında Qarabağ Zəfərinin 6-cı ildönümünə həsr olunan "Qarabağ Zəfəri və Xarıbülbül" adlı şeir, esse və rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin mükafatlandırma mərasimi “İğdır Azərbaycan Evi” Dərnəyinin təşkilatçılığı ilə İğdır Universitetinin Karaağaç kampusunda baş tutub.

Mərasimdə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov, İğdır valisi Fırat Taşoların xanımı Didem Taşolar, İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, İğdır Universitetinin rektoru professor Əkrəm Gürel, Türkiyə–Azərbaycan Dərnəyinin İğdır şöbəsinin rəhbəri İlteriş Kağan Taşkınsu, siyasi partiyaların nümayəndələri, təhsil işçiləri, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“İğdır Azərbaycan Evi” Dərnəyinin sədri Serdar Ünsal çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin Azərbaycan xalqının qürur mənbəyi olduğunu bildirib, Qarabağın zəngin təbiəti və florası ilə seçildiyini, bu zənginlik içərisində Xarıbülbül çiçəyinin xüsusi yer tutduğunu vurğulayıb. O, Xarıbülbülü azadlıq və Zəfər rəmzi kimi dəyərləndirərək, Türkiyə–Azərbaycan qardaşlığının əhəmiyyətindən danışıb və bildirib: "Aramızda sərhəd ola bilər, amma qəlblərimiz arasında sərhəd yoxdur. Bu qardaşlıq gələcək nəsillərə ötürülməlidir."

Daha sonra müsabiqədə ilk üç yeri tutan 10 şagird, eləcə də iştirak edən digər 30 şagird səhnəyə dəvət olunaraq mükafatlandırılıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər