Həmvətənlərimiz Kişinyovda velo-yürüş təşkil edib
2 aprel, 2024Kişinyovda Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkilatçılığı, həvəskar velosipedçilərin iştirakı ilə velo-yürüş keçirilib.
Velo-yürüşün məqsədi ekologiyanın və ətraf mühitin insan fəaliyyətinin mənfi təsirlərindən qorunması istiqamətində sosial mövqe nümayiş etdirmək, gənclər arasında sağlam həyat tərzinin, ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliğatını aparmaq olub.
Əsasən fəal diaspor gənclərindən ibarət velo-yürüş iştirakçıları yaşıl geyimlərdə, çiyinlərində Azərbaycan və MAK bayraqlarını dalğalandıraraq paytaxt Kişinyovun mərkəzi küçələrində hərəkət ediblər. Gənclərimiz bu addımı atmaqla Moldova ilə həmrəy olduqlarını və ekoloji tarazlığın qorunması üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.
“Moldova bizim ikinci Vətənimizdir, ona görə də biz onun ekologiyasına biganə yanaşa bilmərik. Ekoloji təmiz həyat tərzini təbliğ edən tədbirlərdə iştirak hər birimizin borcudur”,- deyə velo-yürüş iştirakçısı Fərid Kərimov bildirib.
Velo-yürüş şəhər sakinlərinin də diqqətini cəlb edib.
Foto qalereya
Digər xəbərlər