Həftəsonu Azərbaycan məktəblərinin müəllimləri üçün təlim keçirilib

29 iyul, 2026

Həftəsonu Azərbaycan məktəblərinin müəllimləri üçün təlim keçirilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Milli Dilli” onlayn dərs layihəsi çərçivəsində xaricdə fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəblərinin müəllimləri üçün təlim keçirilib.

Zoom platforması üzərindən keçirilən təlimdə layihənin ideya müəllifi və rəhbəri Sevinc Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyeva və komitə əməkdaşları, həmçinin xaricdəki həftəsonu Azərbaycan məktəblərinin müəllimləri iştirak edib.

Təlim zamanı Azərbaycan dilinin tədrisində müasir və innovativ yanaşmaların tətbiqi, tədris prosesinin daha səmərəli təşkili, eləcə də müəllimlərin peşəkar inkişafının və metodiki təminatının gücləndirilməsi məsələləri müzakirə olunub. İştirakçı müəllimlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və xaricdə yaşayan azərbaycanlı uşaqlara Azərbaycan dilinin öyrədilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Qeyd edək ki, “Milli Dilli” onlayn dərs layihəsi çərçivəsində xaricdə yaşayan gənc soydaşlarımızın Azərbaycan dilini, tarixini və milli-mədəni dəyərlərini öyrənməsinə dəstək göstərilir, həftəsonu Azərbaycan məktəblərində tədrisin keyfiyyətinin artırılması istiqamətində işlər görülür.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər