Həcər Karamanın müraciəti üzrə aparılan araşdırma məlumat mübadiləsinin əhəmiyyətini önə çıxarır

21 sentyabr, 2026

Həcər Karamanın müraciəti üzrə aparılan araşdırma məlumat mübadiləsinin əhəmiyyətini önə çıxarır

Niderlanddakı Azərbaycan icmasının fəalı Həcər Karaman 30 Avqust – Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ərəfəsində bu ölkənin xarici işlər naziri Tom Berendsenə çağırış xarakterli açıq məktub ünvanlayıb. Məktubda kütləvi məzarlıqların dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi istəyi ifadə olunub və Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və ya girov götürülmüş şəxslərlə bağlı müfəssəl məlumat bildirilib.

“Doğmalarının taleyi barədə həqiqəti bilmək hər bir insanın fundamental hüququdur”, – deyə vurğulayan Həcər Karaman Beynəlxalq İtkin Düşmüş Şəxslər Komissiyasının Haaqa şəhərində fəaliyyət göstərdiyini xatırladıb və bu səbəbdən Niderlandın itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması məsələsində mənəvi və beynəlxalq müstəvidə xüsusi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Soydaşımız Həcər Karamanın müraciətinə qısa müddətdə rəsmi cavab verilib. Cavab məktubunda bu mövzuya toxunduğuna görə soydaşımıza təşəkkür olunub və bildirilib ki, müraciət ətraflı araşdırılması, müvafiq tədbirlərin görülməsi məqsədilə Niderland Xarici İşlər Nazirliyinə göndərilib. Həmçinin qeyd olunub ki, araşdırma zamanı əlavə məlumat və ya dəqiqləşdirməyə ehtiyac yarandığı təqdirdə, müraciətin müəllifi ilə əlaqə saxlanılacaq.

Müraciətə operativ şəkildə rəsmi münasibət bildirilməsi itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, onların şəxsiyyətlərinin dəqiq identifikasiyası və əldə olunan məlumatların onların ailə üzvlərinə çatdırılması prosesində beynəlxalq əməkdaşlığın və məlumat mübadiləsinin mühüm rolunu bir daha diqqətə çatdırır.

Həcər Karamanın müraciətinə verilən cavab xaricdə yaşayan azərbaycanlıların ölkəmizin taleyüklü məsələləri ilə bağlı fəallığını da bir daha təsdiq edir.

Qeyd edək ki, Niderlandda yaşayan diaspor fəalı Həcər Karaman "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalına layiq görülüb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər