Hamiltonda azərbaycanlı uşaqlar üçün yay məktəbi keçiriləcək
22 iyun, 2026
Kanadanın Hamilton şəhərində yaşayan gənc soydaşlarımız üçün Azərbaycan dilində yay məktəbi fəaliyyətə başlayacaq.
Hamilton Azərbaycan icmasının təşkil etdiyi proqram 4–14 yaş aralığında olan uşaqlar üçün nəzərdə tutulub. Əsas məqsəd gənc soydaşlarımıza ana dilini daha dərindən öyrətmək, Azərbaycan mədəniyyəti və milli-mənəvi dəyərləri barədə biliklərini genişləndirməkdir.
Yay məktəbi müddətində uşaqlar Azərbaycan dilində danışıq, oxu və yazı vərdişlərini mərhələli şəkildə inkişaf etdirəcəklər. Bununla yanaşı, onların yaradıcılığını və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirməyə yönələn müxtəlif əyləncəli oyunlar, qrup müzakirələri təşkil ediləcək.
Yay məktəbi proqramının müəllimi Aygün İsmayılovadır. Dərslər 2026-cı il 2 iyuldan 31 iyula qədər, həftəiçi 5 gün saat 09:00-dan 11:30-dək keçiriləcək. Proqramda iştirak tamamilə pulsuzdur.
Hamiltondakı soydaşlarımız yay məktəbində iştirak etmək üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
Foto qalereya
Digər xəbərlər
