Hamiltonda azərbaycanlı uşaqlar ana dilini öyrənməyə dəvət olunur
20 avqust, 2026
Kanadanın Hamilton-Ventvorz Katolik Rayon Təhsil Şurasının nəzdindəki Azərbaycan dili sinfi 2026–2027-ci tədris ili üçün yenidən fəaliyyətə başlayıb.
Məqsəd Hamilton və ətraf ərazilərdə yaşayan 4–14 yaşlı azərbaycanlı uşaqların ana dilini öyrənməsinə, ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə və Azərbaycanla bağlı biliklərini daha da zənginləşdirməsinə şərait yaratmaqdır.
Dərslər 60 Barlake Ave, Hamilton ünvanında “Müqəddəs Çarlz məktəbi”ndə (“St. Charles School”) hər həftənin bazar ertəsi günü, saat 17:00–dan 19:30-dək davam edəcək.
Azərbaycan dili üzrə təcrübəli müəllim Aygün İsmayılovanın rəhbərliyi ilə keçiriləcək dərslərdə iştirak tamamilə ödənişsizdir. Tədris prosesində uşaqlar Azərbaycan dilində danışıq, oxu və yazı bacarıqlarını inkişaf etdirəcək, dilimiz, mədəniyyətimiz və milli dəyərlərimiz haqqında daha geniş biliklər əldə edəcəklər.
Azərbaycan dilini övladlarına öyrətmək və onların ana dili ilə bağlarını daha da möhkəmləndirmək istəyən ailələr aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
Digər xəbərlər
