Haaqa şəhərində 20 Yanvar şəhidləri anılıb
23 yanvar, 2025Niderland Krallığının Haaqa şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi, şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.
Tədbirdə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin Gənclər şöbəsinin rəhbəri Tuğrahan Aşkın çıxış edərək 20 Yanvar faciəsindən, Azərbaycanın qəhrəmanlıq tarixindən danışıb.
Dərnəyin keçmiş rəhbəri Celal Karagöz, Azərbaycan Niderland Odlar Yurdu təşkilatının sədr-müavini Nehmətağa Əliyev, Azərbaycan üzrə məsul nümayəndəsi Şamil Mustafayev çıxışlarında 20 yanvar 1990-cı il hadisələri ilə bağlı fikirlərini bölüşüb, bu gününün təkcə hüzn deyil, həm də qürur günü olduğu vurğulayıblar. Qəhrəmanlıq tariximizin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd ediblər.
Səhhəti ilə əlaqədar olaraq tədbirə qatıla bilməyən dərnəyin rəhbəri İlhan Aşkının tədbir iştirakçılarına ünvanladığı məktub səsləndirilib.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş video çarx göstərilib.
Foto qalereya
Digər xəbərlər