GAİM şagird və yeniyetmələri yay məktəbinə dəvət edir

23 iyun, 2026

GAİM şagird və yeniyetmələri yay məktəbinə dəvət edir

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkil etdiyi “Yay Məktəbi” proqramına qeydiyyat davam edir.

Proqram yay tətilini faydalı şəkildə dəyərləndirmək, şagird və yeniyetmələrin bilik və bacarıqlarını möhkəmləndirmək, eləcə də tədris ilində keçilən mövzuları təkrarlamaq və ümumiləşdirmək məqsədi daşıyır.

“Yay Məktəbi” iki yaş qrupu üzrə təşkil olunur: 4–13 yaşlı uşaqlar və 13–18 yaşlı yeniyetmələr. Proqramda “Yay tapşırıqları” vəsaiti əsasında ümumi təkrar dərslərin, eləcə də Azərbaycan və gürcü dili, riyaziyyat və ətraf aləmlə tanışlıq kimi fənlərin tədrisi nəzərdə tutulur.

Bununla yanaşı, şagirdlərin sosial və intellektual inkişafını dəstəkləmək məqsədilə psixologiya məşğələləri, nitqin inkişafı üzrə təlimlər, ünsiyyət bacarıqlarının formalaşdırılması, həmçinin müxtəlif intellektual oyunlar və bilik yarışmaları da təşkil olunacaq.

Proqram 3 ay müddətində həyata keçiriləcək və sonda bütün iştirakçılara sertifikat veriləcək. Dərsləri peşəkar müəllim Anna Allahverdiyeva tədris edəcək.

Qeydiyyat və əlavə məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət etmək mümkündür:

E-mail: gaim.integration@gmail.com

Tel: +995 588 883 919; +995 593 572 736

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər