GAİM-də yeni tədris ili üzrə kurslara qeydiyyat başlayıb

1 sentyabr, 2026

GAİM-də yeni tədris ili üzrə kurslara qeydiyyat başlayıb

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində 2026-2027-ci tədris ili üçün müxtəlif istiqamətlər üzrə yeni kurslara qeydiyyat başlayıb.

Kurslarda gürcü dili, ingilis dili, kompüter, proqramlaşdırma, ofis proqramları, riyaziyyat və məntiq fənlərindən ali məktəblərə hazırlıq, məktəbəqədər hazırlıq, rəsm, musiqi dərsləri keçiriləcək.

Bununla yanaşı, GAİM-də gürcü və Azərbaycan milli rəqsləri, şahmat, cüdo, yunan-Roma güləşi və qızlar üçün gimnastika üzrə məşğələlər də təşkil olunacaq.

Kurslara peşəkar müəllimlər cəlb olunub, tədrisin yüksək keyfiyyətdə təmin edilməsi və iştirakçıların inkişafı üçün əlverişli mühit yaradılıb.

GAİM yeni tədris ili çərçivəsində müxtəlif yaş qruplarından olan iştirakçıları kurslara qoşulmağa, yeni bilik və bacarıqlar əldə etməyə, eləcə də şəxsi inkişaf imkanlarından yararlanmağa dəvət edir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər