GAİM-də ingilis dili dərsləri davam edir

26 may, 2026

GAİM-də ingilis dili dərsləri davam edir

Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) ingilis dili dərsləri uğurla davam edir.

Dərslər mərkəzin ixtisaslı ingilis dili müəllimi Firudin Bayramov tərəfindən həftənin şənbə və bazar günləri saat 15:00-dan 17:00-dək tədris olunur.

Dərslərə yazılmaq üçün aşağıda qeyd olunan əlaqə vasitələri ilə müraciət etmək mümkündür:

Tel: +995 588 883 919

E-mail: gaim.integration@gmail.com

Qeyd edək ki, bu cür dərslər gənclərin dil bacarıqlarının inkişafı ilə yanaşı, onların beynəlxalq mühitdə daha rahat ünsiyyət qurmasına və təhsil-karyera sahəsində yeni imkanlardan yararlanmasına şərait yaradır.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər