GAİM-də “1+4” proqramı üzrə riyaziyyat dərsləri davam edir

6 oktyabr, 2026

GAİM-də “1+4” proqramı üzrə riyaziyyat dərsləri davam edir

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) abituriyentlər üçün “1+4” universitetə hazırlıq proqramı çərçivəsində riyaziyyat dərsləri davam edir.

Təcrübəli müəllim Fərzin Məşədiyev tərəfindən keçirilən dərslər həftənin II, IV və VI günləri saat 15:00-dan 19:00-dək təşkil olunur.

Proqramın əsas məqsədi gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların ali təhsilə qəbul prosesinə hərtərəfli hazırlanması və bu istiqamətdə dəstəklənməsidir.

Ünvan: Gürcüstan, Marneuli, Q. Mazniaşvili küçəsi 3 (Azərbaycan Evi)

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər