Fransada yaşayan azərbaycanlı gənclər üçün Fransız dili Danışıq Klubu fəaliyyətə başlayır

8 iyun, 2026

Fransada yaşayan azərbaycanlı gənclər üçün Fransız dili Danışıq Klubu fəaliyyətə başlayır

Azərbaycan Diaspor Gəncləri (ADG) Təşkilatının Fransa üzrə koordinatorluğunun təşəbbüsü ilə həmin ölkədə yaşayan azərbaycanlı gənclər üçün Fransız dili Danışıq Klubu fəaliyyətə başlayır.

Klubun məqsədi iştirakçıların fransız dili biliklərinin inkişaf etdirilməsi, danışıq bacarıqlarının gücləndirilməsi və bu dildə sərbəst ünsiyyət qurma vərdişlərinin formalaşdırılmasıdır. Bununla yanaşı, klub gənclərin dil baryerini aradan qaldırmalarına, fikirlərini daha sərbəst ifadə etmələrinə və müxtəlif mövzular ətrafında müzakirələr aparmalarına imkan verəcək.  

Danışıq klubunda həm başlanğıc səviyyədə (A1), həm də orta və yüksək səviyyədə (B2 və yuxarı) fransız dili biliyinə malik şəxslər iştirak edə bilərlər. Görüşlər səmimi və interaktiv formatda keçiriləcək, iştirakçılar müxtəlif mövzular üzrə fikir mübadiləsi apararaq fransız dilində danışıq təcrübələrini artıracaqlar.

Fransız dili Danışıq Klubunun görüşləri hər bazar günü saat 17:00-da onlayn formatda təşkil olunacaq.

Fransada yaşayan və dil biliklərini təkmilləşdirmək istəyən bütün gənclər təşəbbüsə qoşulmağa dəvət edilir.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər