Aberdində 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub
5 fevral, 2025
Şotlandiyanın Aberdin şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Diaspor fəalı Billurə Bayramova-Bernardın ailəsinin təşəbbüsü və Aberdin Universiteti Azərbaycan Cəmiyyətinin (ASUA) iştirakı ilə baş tutan tədbirdə Azərbaycanın musiqiləri, milli adət-ənənələri, zəngin mətbəxi nümayiş olunub.
Tədbirin keçirilməsində məqsəd ölkə xaricində təhsil alan gənclərimizi bir araya gətirmək, onlarda Azərbaycançılıq ideologiyasının yaşaması və milli birlik hissinin daha da gücləndirilməsinə imkan yaratmaqdır.
Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının mütəmadi olaraq təşkil etdiyi bu cür tədbirlər Azərbaycan dövlətinin diaspor, gənclər və mədəniyyət siyasətinin, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın və “Azərbaycan Mədəniyyəti - 2040” Milli Mədəniyyət Konsepsiyası və Konsepsiya çərçivəsində 2025-2030-cu illər üçün Birinci Milli Fəaliyyət Planının həyata keçirilməsi baxımından olduqca faydalıdır.
Foto qalereya
Digər xəbərlər