Estoniyanın Azərbaycandakı yeni səfiri Azərbaycan Evində olub

8 sentyabr, 2026

Estoniyanın Azərbaycandakı yeni səfiri Azərbaycan Evində olub

Estoniya Respublikasının Azərbaycan Respublikasındakı yeni fövqəladə və səlahiyyətli səfiri Tiina Nirk Tallində fəaliyyət göstərən Azərbaycan Evində olub. Görüş Estoniya Azərbaycan Evi və Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Estoniya üzrə koordinatorunun birgə təşkilatçılığı ilə baş tutub.

Görüşdə Azərbaycanın Estoniyadakı fəxri konsulu Sven Sester, Viru-Nigula bələdiyyəsinin rəhbəri və Moldovanın Estoniyadakı fəxri konsulu Einar Vallbaum, Estoniya Ticarət və Sənaye Palatasının nümayəndəsi Marju Männik, eləcə də yerli Azərbaycan icmasının üzvləri iştirak edib.

Səfirə və qonaqlara Estoniyada, eləcə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Evləri və icma fəaliyyətləri barədə müfəssəl məlumat verilib. Qeyd olunub ki, bu gün Azərbaycan - Estoniya münasibətləri, ölkələrimiz arasında əməkdaşlıq imkanları inkişaf edir, buradakı Azərbaycan icması xalqlar arasında dostluğun daha da möhkəmləndirilməsinə töhfələr verir.

Soydaşlarımız Azərbaycan Evinə göstərilən diqqətə görə Tiina Nirkə xüsusi təşəkkürlərini ifadə ediblər.

Görüşdə səmimi və maraqlı fikir mübadiləsi aparılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər